00:04 25.10.2019 814

Qurban Qurbanov: "Rəqib çox kobud oynayırdı"

"Hamı üçün çox maraqlı oyun oldu. Həm yaxşı mübarizə var idi, həm qollar oldu. Azarkeş bunun üçün stadiona gəlir və hər birini göstərə bildik. Sadəcə, qələbə çatışmadı. Futbolçularımdan razı qaldım. Bu oyun bütün komandaya çox şey verdi. Baxmayaraq ki, hesabda geri düşdük, sona kimi soyuqqanlı çıxış etdik. Futbolçular soyuqqanlı olmağı bacardılar. Onları təbrik edirəm. Möhtəşəm azarkeşlərimiz var idi. Bu gün tam birlik gördüm”.

 

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov APOEL-lə heç-heçədən sonra deyib. Avroliqanın 3-cü turu çərçivəsində bu gecə Bakıda reallaşan və 2:2 hesabıyla bitən matçın ardından ənənəvi mətbuat konfransına qatılan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.


- Futbolçularınız şansları sağa-sola xərcləyirdi və görünürdü ki, vuran ayaq yoxdur. Hücumçuların qol vura bilməməsi sizi qayğılandırmır?

- Epizodları sağa-sola xərcləmirdik. Sadəcə, rəqibin müdafiədəki oyununu nəzərə almaq lazımdır. 1-2 epizodu çıxmaqla qalan imkanlar mübarizə şəraitində olur. O halda dəqiq zərbə vurmaq asan deyil. Elə matçlar olur ki, çoxlu qol imkanına baxmayaraq, hansısa komanda uduzur. Yaxşı kombinasiyalar qurduq, qol epizodları yaratdıq. Mən ümidliyəm. Hücumçularımız da qol vurmağı bacarır. Bizim yalnız öndə bir futbolçumuz yox, sağ-sol oyunçularımız da var. Hər oyunda hansısa futbolçu fərqlənə bilər. Daha sərrast olmaları üçün futbolçuların üzərində işləyirik. Düşünürəm ki, gələcəkdə bu baxımdan inkişaf edə biləcəklər.


- Hesabdan razı qaldınız?

- Oyunun gedişatını götürsək və hesabda geri düşdüyümüzü nəzərə alsaq, razı qaldım. Bu rəqiblə son matçda çoxlu qol imkanına baxmayaraq, uduzmuşduq. Bu gün də oyuna nəzarət edirdik, ancaq hesabda geri düşdük və geridönüş etmək çətin idi. Başqa komandaya qarşı, bəlkə də, asan olardı, ancaq bu rəqibə qarşı psixoloji çətinlik də var idi. Fasilədə danışdıq ki, hamı soyuqqanlı olmalıdır. Sona kimi hazırlaşdığımız oyunu göstərə bildik. Bu baxımdan razı qaldım.


- İkinci əvəzetməyə əl atmadınız. Araz Abdullayevi meydana buraxmaq nə dərəcədə effektiv ola bilərdi?

- Oyunun gedişində düşünürdüm ki, dəyişiklik etmək olar. Ancaq elə oldu ki, buna ehtiyac duymadım. Bəzən belə matçlarda stress daha çox olur. Əsas da ilk "11-lik”də olmayan futbolçularda. Açığı, bu baxımdan ehtiyat etdim ki, oyunumuz pozula bilər. Oyuna bu heyətlə hazırlaşmışdıq.


- Səfər oyununda rəqibin daha açıq futbol sərgiləyəcəyini nəzərə alsaq, sizə daha asan olmayacaq?

- Burda nə qədər soyuqqanlı idiksə, səfərdə daha da soyuqqanlı olmalıyıq. Rəqib çox kobud oynayırdı. Səfərdə daha aqressiv olmalıyıq və oyun intizamını saxlamalıyıq. Bu rəqibin çox açılacağını düşünmürəm. Onların oyun üslubu belədir. Bakıdakı əvvəlki matçda fərqli çıxış etmişdilər, bu dəfə 5 müdafiəçi ilə oynadılar. Düşünmürəm ki, çox boşluq versinlər. Hər bir imkandan istifadə etməyə çalışacağıq.


- Hansı komandanı qrupdan çıxmaq baxımından daha şanslı sayırsınız?

- Hər üç komandanın şansı var. Əvvəl dediyim fikirlərimdə qalıram. Görünən odur ki, hər şey son oyunda bəlli olacaq. Bu gün öndəyiksə, çalışacağıq ki, bunu qoruyub saxlayaq. Hansısa komandanın daha şanslı olduğunu deyə bilmərəm.


- Xayme Romeronun durumu necədir?

- Ümumən pis deyil. Düşünürəm ki, səfər oyununa tam hazır olacaq.


- Rəqibin baş məşqçisi demişdi ki, matçdan sonra gülən tərəf olacaq. Səfərdə bizim gülməyimiz üçün nə lazımdır?

- Həmişə oyunumuzu daha da yaxşılaşdırmaq istəmişəm. Ev oyunu ilə səfər matçı fərqli olur. Evdə çıxış edən komandanın hücum etmək şansı daha çoxdur. Bugünkü matçı da analiz edib, bir neçə əlavə variant fikirləşəcəyik.


- Mahir Emrelini fasilədən sonra meydana buraxdınız. Tam hazır deyil?

- Zədəsini tam sağaldıb. Ancaq fiziki formasından bir qədər uzaqdır. Zədədən sonra ilk oyunu idi. Start heyətində buraxmaq risk olardı. Zədəsi elədir ki, yenilənə bilərdi. Bu gün onun ayağına əmin idik. Sadəcə, performansına görə 30 dəqiqə oynamasını planlaşdırırdıq. Oyun rəqib meydanında gedirdi deyə 45 dəqiqə şans verdik. Mahiri meydana buraxdıq ki, hücumda daha sürətli olaq.


- Sosial şəbəkələrdə azarkeşlər Rəşad Sadıqovun artıq karyerasını bitirmək vaxtının çatdığını yazırlar...

- Futbol elə oyundur ki, səhvsiz futbolçu olmur. Biz öz oyunçularımızı dəyərləndirməliyik. Rəşad Sadıqov bu komandaya lazımdır. Bir epizoda görə futbolçunu silmək olmaz. Oyunu analiz etsək, tam fərqli çıxış etdik. Birinci qolda top Maksimin kürəyinə dəymişdi. Yaxşı ki Rəşada dəyməyib, yoxsa bununla bağlı da başqa fikirlər olardı. Onun qədrini bilməliyik. Belə fikirlər məni narahat etmir. Biz futbolçularlaünsiyyətdə oluruq, onlara güvəndiyimizi deyirik. Həmişə onlara tövsiyə etmişəm ki, belə söz-söhbətlər işimizə mane olmasın. Azarkeşin haqqıdır, məni də istefaya çağıra bilərlər, deyə bilərlər ki, karyerasını bitirsin. Milli komandada belə şeylər olurdu. Bunu normal qarşılayırıq. Bütün fikirlərə hörmətlə yanaşıram. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, ancaq hamısı bizimlədir.


- Statistikada böyük üstünlüyünüz var. Hansı vacibdir: nəticə, yoxsa statistika?

- Həmişə futbolçulardan topa sahib olmağı tələb edirəm. Qapıya zərbələr də çox oldu. Hər bir halda maksimum topa sahib olmalıyıq. İstər evdə, istərsə də səfərdə. Bəzən rəqib bizdən daha üstün olur. Öz oyunumuzdan geri çəkilməli deyilik. Cavab matçında da çalışacağıq ki, topa sahib olaq və qol epizodlarında daha sərrast davranaq.


Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2020
18:45

"Liverpul" hələ çempion deyil" - Klopp

18:27

Millimizin baş məşqçisi FIG prezidentinin layihəsinə dəvət aldı

18:10

"Şalke" "Barselona"nın oyunçusundan imtina etdi

17:38

"Mançester Yunayted" Sterlinqi "Siti"nin əlindən almaq istəyir

17:11

Blatterdən İnfantinoya ağır ittihamlar: "O, futbolu böyük "pul maşını"na çevirmək istəyir"

16:43

"Qarabağ" bir həftə sonra oyuna çıxacaq - ÖZƏL

16:40

Balotelli karyerasını ABŞ-da davam etdirə bilər

16:23

Ayaz Quliyev Azərbaycan yığmasında oynamağa razılaşdımı? - SON DURUM

16:21

"Getmək istəyəni saxlamazlar" - Prezident Lautaronun "Barsa"ya transferindən danışdı

15:48

Qattuzoya ağır itki: Bacısı 37 yaşında dünyasını dəyişdi

15:38

Elxan Məmmədovun şifrəli nitqinə sözardı

15:17

"Zirə" 12 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

15:06

Premyer Liqanın bərpa tarixi açıqlandı - RƏSMİ

14:53

Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə yenilədi

14:31

"Neftçi" Geryenin əvəzinə bu futbolçunu gətirir

13:43

"Neftçi"də daha bir müqavilə - RƏSMİ

13:41

Formula 1: Mövsümün ilk yarışlarının harada və nə vaxt keçiriləcəyi müəyyənləşdi

13:22

"Real" bu mövsüm "Santyaqo Bernabeu"ya həsrət qalacaq

13:08

Ceydon Sanço Corc Floyda dəstək olduğu üçün cəzalandırılıb? - AÇIQLAMA

12:42

"Hisslərimiz bitmişdi, ayrıldıq" - FOTOLAR

12:38

Emil Balayev Azərbaycandan gedir - ÖZƏL

12:37

"Barselona"nın 5 futbolçusu koronavirusa yoluxubmuş

12:21

Bizi gözləyən aqibət: Leş bir yana, baş bir yana

11:46

Emin Mahmudov: "Arxayınlaşmağa haqqımız yoxdu"

11:45

"İnter" Lautaronun əvəzedicisini tapıb - "Arsenal"da

11:20

Azərbaycan Premyer Liqasında klub sayı artırılmayacaq - AÇIQLAMA

11:15

"Barselona" Lautaro Martineslə anlaşdı

10:30

Xanımı ilə zombi kimi davranır - Ulduz futbolçu depressiyaya düşüb

10:19

İtaliya A Seriyası qayıdır: Təqvim açıqlandı

10:05

Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

09:30

Meyvezerdən örnək addım: Corc Floydun dəfn xərclərini ödəyəcək

09:26

"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu transfer edir

09:00

"Layptsiq" 3 xalı 4 qolla qazandı - VİDEO

08:20

Ukraynanın ən cazibədar futbolçusu - FOTOLAR

00:56

"Geryenin əvəzinə daha güclüsü, daha sərfəlisi gələcək"

00:16

Bundesliqa: 6 qol vuruldu, "Layptsiq" qazandı

01 İyun 2020
23:30

AFFA millinin baş məşqçi postuna namizədlərlə danışıqları bərpa etdi

22:00

"Qəbələ" çempion oldu, avrokuboka vəsiqə qazandı

20:50

Emin Mahmudov: "Karyeramın sonuna qədər "Neftçi"də qalmaq istərdim"

20:25

Koutinyunun növbəti klubu "Çelsi" ola bilər

20:04

"Qarabağ" belə başladı - FOTOLAR

19:10

"Barselona"dan ayrılmağa hazırdı - "Siti"də oynamaq istəyir

18:15

Bundesliqada tura yekun vurulur: "Layptsiq" "Köln" səfərində

17:36

Poqba PSJ-yə keçə bilər

17:10

Messi, yoxsa Ronaldu? - Lovren seçimini etdi

16:36

"Arsenal" ulduz futbolçuya illik 12 milyon avro maaş təklif edib

16:00

Sanço Messi və Ronaldunun göstəricisini təkrarladı

15:28

Tanrının əlləri

15:17

Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq

15:09

İqalonun "Mançester Yunayted"dəki taleyinə aydınlıq gəldi - RƏSMİ

14:55

İtaliya klubu loqosunu dəyişdi - FOTO

14:40

"Neftçi"dən Donald Gerye açıqlaması

14:05

İtaliya A Seriyasında hər gün oyun keçiriləcək

13:18

Azərbaycan Premyer Liqası və kubokun təqvimi açıqlandı

13:14

"O, çox sayda insanın həyatını riskə atıb" - "Valensiya" "Atalanta"nın məşqçisi haqda bəyanat yaydı

12:29

MY 20 yaşlı futbolçuya görə 55 milyon avro ödəməyə hazırdı

12:17

Jozef-Monroz Türkiyə klubuna keçir? - AÇIQLAMA

12:15

“Vulverhempton” Renat Dadaşovla bağlı qərarını verdi

11:29

"Neftçi" daha bir legioneri ilə bu gün rəsmən vidalaşacaq - ÖZƏL

11:20

Makqreqor Həbiblə revanş döyüşünə çıxacaq? - AÇIQLAMA

10:44

Bakı klubu cənubi amerikalını göndərir - ÖZƏL

10:40

Fenomen Ronaldo bəyəndiyi futbolçuları açıqladı - Siyahıda Kriştianu yoxdu

10:16

"Borussiya" futbolçularından Corc Floyda dəstək: "İrqçiliyə birlikdə qalib gələcəyik"

09:59

Azərbaycan çempionu İtaliya klubuna keçir

09:50

"Neftçi" legioner ilə yolları ayırdı

09:37

"Borussiya"dan darmadağın - VİDEO

09:15

"Barsa" "Malyorka" səfərində, "Real" "Eybar"a qarşı - TƏQVİM

08:20

Meksikanın ən cazibədar idman jurnalisti - FOTOLAR

00:02

Avropa Güləş Federasiyasının prezidenti dünyasını dəyişdi

31 May 2020
22:45

"Borussiya"dan maraqlı qələbə sevinci - FOTO

Facebookdan bizi izləməyi unutmayın.