21:45 25.09.2020 212

Qurban Qurbanov: "Oyunun gedişatına baxsaq, nəticədən razıyam"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında matçı dəyərləndirib:
 
- Yaxşı və maraqlı oyun oldu. Məğlub olacaqdıqsa da, istəmirdik oyun bitsin. Son saniyələrdə hesabı bərabərləşdirib, bir xal qazandıq. Çempionatın asan olmayacağını ilk turdan hiss etmişdik. Sona kimi mübarizə aparmağımız məni qane etdi. Oktyabrın 1-də "Legiya" ilə vacib oyuna çıxacağıq.
 
- Heç-heçə sizi qane etdi?
- Gedişata görə, bəli. 2-3 dəqiqənin içində 2 qol buraxdıq. Hər qazanılan xaldan razı qalmışam.
 
- Buraxılan hər iki qol cinahdan gələn topdan sonra oldu. "Legiya" da belə oyun tərziylə çıxış edir və cinahdan təhlükəli hücumlar edir. 
- Demək olar ki, əks-hücumlardan qol buraxdıq. "Sumqayıt"ın oyun tərzi də elədir ki, ümumilikdə cinahlardan oynayırlar. Hər şey zərgər dəqiqliyi ilə yerinə yetirildi. "Legiya"nın oyununu hələ tam təhlil etməmişəm. Məşqçiləri dəyişib və fərqli fəlsəfələri var. Həddən artıq aqressiv komandadır. Topu özümüzdə saxlamalıyıq ki, hücumlarının kəsərini azaldaq.
 
- Musa Qurbanlının oyuna daxil olmasını əvvəlcədən planlaşdırmışdız? 
- Xeyr, əvvəlcədən planda yox idi. Oyunun gedişatını bilmirdik. Musanı oyunun gedişatına görə meydana buraxdım.
 
- Zədəlilərin durumu nə yerdədir?
- Sual altındadır, tam bilinmir. Romero hələ komandaya tam qoşulmayıb. İki günə tam qoşulacaq. Onun "Legiya" ilə oyun üçün 90 dəqiqə hazır olacağını düşünmürəm. Zubir və Mahirin durumu ondan bir az yaxşıdır. Ümumilikdə isə heç biri tam hazır olmayacaq.
 
- Komanda artıq 4 oyundur qələbə qazana bilmir. Bu, bir enişdir?
- Belə seriyanı hamımız eniş adlandırırıq. Desəm ki, rəqiblər bizi tam üstələyir, yalan demiş olaram. Avroliqa oyunları da olanda, çempionata tam hazırlaşmaq asan olmur. Komanda sona kimi mübarizə apara bildi, sadəcə, belə komandalara qarşı sürəti aşağı salmayasan. Çempionat yeni başlayıb, heç də asan olmayacaq.
 
- Uroş Matiçin oyunu sizi qane edir?
- Maksimum çalışır ki, verilən tapşırıqları yerinə yetirsin. Onun komandaya uyğunlaşması üçün vaxt lazımdır. Oyunundan razıyam. Hamımız istəyirik ki, hücumda daha aktiv olsun. Çempionatda rəqiblər bizimlə oyunda daha çox müdafiə olunur. Belə hallarda ustalıq səviyyəsi yuxarı olan futbolçulara daha çox ehtiyac yaranır. Hücum xəttimizdə olan itkilər bizə bir az problem yaradır.
 
- Yeni futbolçu transferi ola bilər?
- Xeyr, düşünmürəm. Alınma ehtimalı çox azdır.
 
- Son 7 ildə "Qarabağ"ın mövsümə belə zəif başlaması yadıma gəlmir. Belə bir situasiyanı nəylə bağlayırsız?
- Nüanslar çoxdur, yəni, əvvəlcə elə pandemiyadan başlamaq lazımdır. Komandada həddindən artıq çox dəyişiklik oldu. Düzdür, vaxtilə 2-ci heyətlə də çempionatda qələbə qazanmışıq. Amma son zamanlarda bizim 2-ci heyətimiz də əsas heyətlə eyni səviyyədə olurdu. Hər il eyni səviyyədə mövsümə başlamaq çətindir. Nə vaxtsa problemlərimiz olmalıdır və bunu böyük klublarda da görürük. Biz yenə də çalışırıq ki, səviyyəmizi qoruyaq. Çempionatdakı komandalar da artıq bir-birini yaxşı tanıyır. Çalışırıq ki, işimizi düzgün və səbrlə edək. Ola bilər ki, nəticə olmasın, hər şey ola bilər. Amma əsas olan nəticənin necə olacağıdır.
 
- İsmayıl İbrahimli oyuna sanki yaxşı başlamadı...
- Xeyr, belə düşünmürəm. Bu oyuna çıxmaq İsmayıl üçün elə də asan deyildi.
 
- İstədiyiniz futbolçuları gətirə bilmədiyiniz üçün heyədə problemlər yaranıb?
- Fərqli fikirlər söyləyə bilərəm. Biz sponsorlarımızı, klubu da nəzərə almalıyıq. Sabah necə olacaq bilmirik - çempionat dayanacaqmı, davam edəcəkmi? Risklər böyükdür, bizim 3-4 perspektivli futbolçumuz var, onlara da şans vermək istəyirik. Onların təcrübələrinin artması mənim üçün çox vacibdir. Məncə, yaxşı komandamız var və yaxşı nəticə əldə edə bilərik. Sadəcə, hələ istədiyimiz idman formasında deyilik.
Oxşar xəbərlər

Xəbər lenti

26 Oktyabr 2020
00:09

27 ildən sonra işğaldan azad olunan Qubadlı - FOTOLAR

00:01

Ermənilər Şuşaya PKK terrorçularını gətirdi

25 Oktyabr 2020
23:44

“Fənərbaxça” “Trabzonspor"a qalib gəldi - VİDEO

23:30

Qubadlı şəhəri işğalçılardan azad olundu

18:31

Rəşad Sadıqov: "Gələcəkdə məşqçi kimi bu qədər danışmağı düşünmürəm"

18:18

Qurban Qurbanov: "İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım"

17:59

Rəşad Sadıqov "Qarabağ"dan xal aldı, "Sumqayıt" zirvədə

17:48

Azərbaycan Ordusundan düşmənə növbəti zərbələr - VİDEO

17:42

Visente Qomes: "Klub və futbolçular məni istəməsə, razılığa gəlmək olar"

17:36

Ayxan Abbasov: "Əvvəl onu millidən də silmişdilər, ancaq indi..."

16:45

Millimizin futbolçusu zədələndi

16:44

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

16:41

“Neftçi”nin futbolçusu Türkiyədə əməliyyat olundu

16:35

Riçard Almeyda "Zirə" - "Qarabağ" oyununda - FOTO

13:30

Düşmən 3 rayonumuzu atəşə tutur

13:12

Yurgen Kloppdan şok qərar: “Liverpul”dan gedir

13:01

Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir - FOTO

12:56

İsrailli futbolçu: "Qarabağ"la matçda qazanılan 3 xal bizim üçün stimuldu"

12:47

"Qarabağ"la oyunu kənardan izləmək çətin idi"

12:42

Ordumuz düşməni belə məhv edir - VİDEO

11:56

"Real" 3 il sonra "Nou Kamp"da qələbə qazandı

11:25

Azərbaycan əsgəri: “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO

10:23

Həbib Nurməhəmmədov karyerasını nə üçün bitirdiyini bildirdi

10:02

Qarabağda döyüşən erməni məşhur silahını atıb qaçdı

09:26

Falkaodan məhsuldar ötürmə, qol və qırmızı vərəqə - VİDEO

09:18

Həbib Nurməhəmmədov Castin Qetjiyə qalib gəldi

09:14

"El-Klassiko": “Real" "Nou Kamp"da “Barselona”ya qalib gəldi - VİDEO

09:09

Düşmənin hərbi vəzifəlilərinin böyük hissəsi və texnikası məhv edildi

09:04

Ordumuz bu istiqamətlərdə yeni mövqelərə doğru irəlilədi - RƏSMİ

24 Oktyabr 2020
18:52

Düşmənin hücum cəhdinin qarşısı alındı: Əsir götürülənlər var

18:36

Yunis Hüseynov: “Bu gün də qol imkanlarımız "Neftçi"dən daha çox idi”

18:26

“Qəbələ” legionerini itirdi

18:02

Aftandil Hacıyev: "Bu gün bizdə nəticəyə oynayan futbolçular azdı"

17:56

Qəbələdə "sülh", "Neftçi" zirvədə

17:38

Azərbaycanın Hərbi Komandanlığı işğal olunmuş ərazilərdəki dinc sakinlərə müraciət etdi

17:14

Elmar Baxşıyev: “Futboldan yox, qazandığımız uğurlardan danışmaq istəyirəm”

17:08

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO

15:53

Qubadlı istiqamətində düşmənin döyüş təyyarəsi məhv edildi

15:40

Azərbaycanda yoluxma 800-dən aşağı düşdü - 8 nəfər vəfat etdi

14:11

Laçın və Qubadlı Ermənistandan raket-artilleriya atəşinə tutulur

13:48

Millimiz ev oyunlarını Ukraynada keçirilə bilər

13:07

Hadrutda “o maşın xəyalım olub” deyən hərbçinin arzusu reallaşdı - FOTOLAR

12:56

Araz Abdullayevin yeni baş məşqçisi açıqlandı

12:50

Azərbaycan klubunun xanım azarkeşi saxlanıldı

12:45

Riçard Almeyda Azərbaycana qayıdır - Yeni klubu...

12:35

UEFA Avroliqanın rekordçularını açıqladı: Siyahıda “Qarabağ” da var

12:08

PSJ Ronaldunun transferindən vaz keçmir

12:01

“Liverpul” Türkiyə millisinin üzvünü transfer edir

11:48

"Turan Tovuz" Silahlı Qüvvələr Fonduna ianə etdi

11:27

Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi

11:14

Ermənistanın müharibə cinayətləri davam edir: 16 yaşlı yeniyetmə həlak oldu

11:07

Ermənilər Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur

11:05

Ordumuz düşmənin döyüş texnikalarını belə məhv edir - VİDEO

11:02

Millimizin baş məşqçisi: "Oyun təcrübəsinin olmaması matça təsir etdi"

10:09

Azərbaycanlı cüdoçu: "Qələbəmi şəhidlərə həsr edirəm"

10:05

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI

09:56

Düşmənin dayaq məntəqələri dağıdıldı, vacib yüksəkliklər azad edildi

23 Oktyabr 2020
18:34

Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - VİDEO

17:43

Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

17:34

Azərbaycan Ordusu bu kəndləri işğaldan azad etdi

17:27

Türk futbolçu Avroliqada həftənin ən yaxşısı oldu

17:20

Lippi karyerasını başa vurdu

17:00

Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO

16:43

“Roma”nın futbolçusu koronavirusa yoluxdu

16:19

“Başakşəhər”in prezidenti: “Stadionumuzu da, evimizi də “Qarabağ”ın üzünə açarıq”

15:54

Çempionlar Liqasında həftənin ən yaxşısı futbolçusu

15:41

Azərbaycanda daha 803 yeni yoluxma faktı qeydə alınıb

15:30

Qetji Həbiblə döyüşdə maksimum aqressiya vəd etdi

15:21

Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək

15:16

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Facebookdan bizi izləməyi unutmayın.