17:12 11.12.2022 1516

"Penaltilər seriyası Xorvatiyanın dövlət sirridir" - "Qarabağ"ın xorvatı

"Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç Xorvatiya seçməsinin DÇ-2022-nin 1/4 finalında Braziliyanı penaltilər seriyasında üstələyərək, yarımfinala yüksəlməsindən sonra "Match TV"yə müsahibə verib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan yığmasının da formasını geyinən yarımmüdafiəçi belə danışıb:

"Matçdan öncə hamı Braziliyanın favorit olduğunu düşünürdü. Amma xorvatlar xarakter nümayiş etdirdilər və yarımfinala vəsiqə qazandılar. Onlara görə çox sevinirəm. Penaltilər seriyası Xorvatiyanın dövlət sirridir. Yığma heç vaxt 11 metrlik cərimə zərbələrində məğlub olmayıb. Fikrimcə, bu yolla finala da çıxmaq mümkün olacaq".

Ozobiçin həmyerliləri yarımfinalda Argentina ilə qarşılaşacaqlar. Ağdamlıların futbolçusu "Messini dayandırmaq mümkün olacaqmı" sualını da cavablandırıb: "Onu sevirəm və uğurlar arzulayıram. Amma düşünürəm ki, Messi bu dəfə də dünya çempionu ola bilməyəcək. Cənubi amerikalıların Niderlandla oyununu izlədim. Görüş çox çətin keçdi. Argentinalılar temperamentlidirlər. Hesab edirəm ki, Xorvatiya daha yaxşı oynayacaq və onlara qalib gələcək".

Təcrübəli oyunçu Xorvatiya millisinin ən yaxşı futbolçusunun adını da açıqlayıb: "Məncə, Luka Modriç həmişə bir nömrədir. Bu səbəbdən məhz onu seçərdim. Modriç "Qızıl top" mükafatını qazanan yeganə xorvatiyalıdır. Eyni zamanda, Dominik Livakoviç də yaxşı qapıçıdır, cari mundialda bir neçə penalti qaytarıb. Komandamız üçün çox vacib oyunçudur".

Filip xorvatları baxımsız futbol sərgiləməkdə ittiham edənləri haqlı saymır: "Bəziləri çox şey deyə bilər, amma biz millini yarımfinalda görürük. Bunu söyləyənlər artıq evə gedib, biz isə hələ də buradayıq. Dünya çempionu ola bilərikmi? Görəcəyik. Yığmada bunun üçün bütün lazımi keyfiyyətlər var".

Qeyd edək ki, Argentina və Xorvatiya yığmaları arasında yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X