İsveçrənin "Qrasshopper" komandası yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi kollektiv Almaniya Bundesliqasında çıxış edən "Auqsburq"la qarşılaşıb.
İsveçrə təmsilçisi bu oyunda 0:3 hesabı ilə uduzub. Azərbaycanlı hücumçu matça start heyətində çıxıb və fasilədə əvəzlənib.