10:59 16.12.2022 614

"Kəpəz"lə "Turan Tovuz"un dönüşü qərb futbolunda nəyi dəyişib? - ARAŞDIRMA

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Buildən Azərbaycan Premyer Liqasında iki yeni klub - “Kəpəz” və “Turan Tovuz” da çıxış edir. Əslində onlara köhnə-yeni komandalar demək daha doğru olar. 2011-ci ildə “Kəpəz” və “Turan” elitadan getmişdilər. Düzdür, Gəncə təmsilçisi onradan qayıdıb 2016-cı ildə hətta avrokuboklarda iştirak etdi. Ancaq sonradan yenidən I Diviziona yuvarlandı. Beləliklə, 10 ildən çox müddətdir ki Tovuz, 5-6 ildir Gəncə böyük futboldan uzaq idi. Halbuki, hər iki bölgə Azərbaycan futbolunun beşiyi sayılır. Bəs onların qayıdışı Azərbaycan çempionatına nə qazandırıb?

Azarkeş marağı 

Qərb təmsilçilərinin Premyer Liqada çıxışına icazə verilməsindən sonra Tovuzda stadion yeniləndi, infrastruktur nisbətən də olsa, elita tələblərinə uyğunlaşdırıldı. Gəncə isə çıxış yolunu mövsümə ev oyunlarını paytaxt və Qəbələdə keçirməklə başladı. Sonradan isə tələbkar azarkeşlərin istəyi nəzərə alındı və komanda məhdud şərtlərlə də olsa, ev oyunlarını Gəncə şəhər stadionunda keçirməyə başladı.

Təbii ki, qərb bölgəsinə böyük futbolun ayaq açması ilə Premyer Liqaya azarkeş marağında dərhal hiss olundu. Baxmayaraq ki, qəzalı vəziyyətdə olan Gəncə şəhər stadionuna tutumu qədər azarkeş buraxılmır. Əvəzində Tovuz stadionunda hər dəfə anşlaq yaşanır.

“Turan Tovuz”un 9 ev oyununu ümumilikdə 30300 azarkeş stadiondan canlı izləyib. Bu da orta hesabla 3370 tamaşaçı deməkdir. 
“Kəpəz”in ev sahibi kimi çıxış etdiyi oyunlara isə 11121 (orta hesabla hər oyuma 1240) adam gəlib. Ancaq bunun 9021 qədəri Gəncədəki 5 oyuna aiddir. 

Beləliklə, geridə qalan 17 tur ərzində Gəncə və Tovuzdakı oyunları 39321 azarkeş izləyib ki, bu da Premyer Liqanın ümumi tamaşaçı sayının (132200) 30 faizinə yaxın anlamına gəlir.  

Turan Tovuz
1-ci tur (Qəbələ): 5500
3-cü tur (Qarabağ): 5800
6-cı tur (Kəpəz): 5000
8-ci tur (Zirə): 2500
10-cu tur (Səbail): 4000
12-ci tur (Sumqayıt): 3000
13-cü tur (Şamaxı): 1000
15-ci tur (Sabah): 1500
17-ci tur (Neftçi): 2000
Cəmi: 30300

Kəpəz
1-ci tur (Zirə): 400 (Dalğa Arena)
3-cü tur (Qəbələ): 900 (Qəbələ)
5-ci tur (Qarabağ): 500 (Qəbələ)
7-ci tur (Şamaxı): 300 (Qəbələ)
10-cu tur (Neftçi): 3000  
12-ci tur (Səbail): 2121
14-cü tur (Turan Tovuz): 3000
16-cı tur (Sumqayıt): 300
17-ci tur (Sabah): 600
Cəmi: 11121

Futbolçular və...

Həm “Turan Tovuz”, həm də “Kəpəz” əsasən yerli və gənc futbolçulara güvənir. Bu mənada “Neftçi”, “Sabah”, “Zirə” və sair klublarda özünə yer tapa bilməyən futbolçular oyun praktikası qazandılar. Konkret, “Kəpəz” yayda "Şamaxı"dan ayrılan Tural Axundovu, "Neftçi"dən Elvin Yunuszadə və Kamran İbrahimovu, "Sabah"dan Samir Məhərrəmlini, "Səbail"dən Rauf Əliyevlə Əfran İsmayılovu, Çexiyada legioner həyatını başa vuran Fərid Nəbiyevi və onun qardaşı, "Sumqayıt"ı tərk edən Yusifi, son iş yeri Region Liqası olan Orxan Sadıqlını sıralarına qatdı, Elçin Əlicanov, Tural Rzayev və Nicat Süleymanovu Premyer Liqa üçün heyətində saxladı. 

"Turan Tovuz"a gəlincə, yayda Kamal Bayramov, Tərlan Quliyev, Şəhriyar Əliyev (hamısı "Şamaxı"), Veysəl Rzayev, Şakir Seyidov, Nazim Həsənzadə (hamısı "Sabah", icarə), Tərlan Əhmədli, Eltun Turabov (hər ikisi "Sumqayıt"), Turan Vəlizadə, Xəyal Nəcəfov (hər ikisi "Neftçi", icarə), Ehtiram Şahverdiyev ("Qəbələ"), Cavid Tağıyev, Ayxan Hüseynov, Vüsal Məsimov ("Kəpəz"), Sadiq Quliyev ("Maçhindra", Nepal) klubla cəlb olundu. Xüsusilə iddialı klublarda əsas komandaya düşməkdə çətinlik çəkən, bu səbəbdən icarəyə verilən gənc futbolçular itib-batmaqdan xilas ola bildilər. Oynadıqca kifayət qədər artırdıqlarının şahidi oluruq.  

... məşqçilər üçün "podium"

Premyer Liqada komanda sayının artırılması və “Kəpəz”lə “Turan Tovuz”un timsalında gənc futbolçulara meydan verilməkdən danışırıqsa, məşqçiləri də unutmamalıyıq. Gəncəlilər komandanı divizionda çalışdıran Yaşar Vahabzadə ilə Premyer Liqada oynamağa qərar verdi. Düzdür, nəticələrin ürəkaçan olmaması 5-ci turda Vahabzadənin istefası ilə nəticələndi. Ancaq “Kəpəz” rəhbərliyi onu daha bir yerli çalışdırıcı ilə, “Keşlə”dən (xələfi “Şamaxı”dan) ayrıldıqdan sonra işsiz qalan Tərlan Əhmədovla əvəzlədi. 

Tovuzlular isə “Sumqayıt”ı iki dəfə avrokuboklara daşıyan, ancaq ötən qışda gözlənilmədən istefaya göndərilən Ayxan Abbasovu baş məşqçi postuna gətirdi. Gedişat da onu göstərir ki, rəhbərlik Tovuz futboluna yad sima olmayan Abbasova güvənməklə yanılmayıb. Hər halda, komanda elitaya yeni yüksəlməsinə baxmayaraq, nəticələri və turnir cədvəlindəki mövqeyiylə ortabab statusuna uyğun gəlir. Ümumiyyətlə, Tərlan Əhmədov və Ayxan Abbasov kimi məşqçilərin diqqətdən kənarda qalmaması baxımından “Kəpəz”lə “Turan Tovuz”un Premyer Liqada çıxış etməsi yerinə düşdü.


Akademiyalar üçün stimul

Təbii ki, qərb təmsilçilərinin böyük futbola dönüşünün faydaları təkcə onların Premyer Liqada çıxışı ilə bəsit əlaqələndirilməməlidir. Daha geniş yanaşsaq, onların qayıdışı bu klubların akademiyalarının fəaliyyətinə, uşaq futboluna peşəkar yanaşmalarına müsbət təsir göstərdi. Təkcə hər ikisinin əvəzedici komandalarının diviziondakı nəticələrinə diqqət çəkmək haqlı olduğumuzu deməyə əsas verir. Belə ki, “Turan Tovuz-2” hazırda 2-ci, “Kəpəz-2” isə ilk “5-lik”də qərarlaşıb. 

Qərb təmsilçiləri böyük futboldan getdikdən sonra isə belə bir fikir hakim olmağa başlamışdı ki, Gəncə və Tovuzda uşaqları daha bu idman növünə qoymurlar. Ən yaxşı halda isə valideynlər övladlarını yaxın bölgələrin uşaq komandalarına aparmalı olurdular. Bu isə min bir əziyyət bahasına başa gəlirdi. Elita klubunun varlığı isə əhalinin marağı, bu idman növünə yönəlməsi deməkdir ki, bu da əvvəllər olduğu kimi, daha neçə vəlilərin, mahmudların, elvinlərin yetişməsinə rəvac verə, təkan ola bilər.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

22:50

Konte liderliyə yüksəltdiyi "Napol"ini bu kluba dəyişə bilər - SƏBƏB

22:13

Hələ ÇL-də Dembele kimisi olmamışdı - Tarixi rekord

21:48

Yüksək Liqa: "Araz-Naxçıvan" autsayderə rəhm etmədi

Facebookdan bizi izləməyi unutmayın.
X