20-22 dekabrda böyüklər arasında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yarışda ölkənin bir sıra titullu pəhləvanları mübarizə aparmayacaq.
Yunan-Roma güləşçilərindən ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq), dünya və Avropa çempionatlarının medalçıları Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Avropa çempionu və dünya ikincisi Sənan Süleymanov (77 kq), dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov (82 kq), həmçinin Avropa mükafatçısı İslam Abbasov (87 kq) çempionata qatılmayacaq. Sərbəst güləşçilərdən isə Zirəddin Bayramov, Hacı Əliyev (hər ikisi 65 kq), Turan Bayramov (74 kq) və Əşrəf Aşırov (79 kq) yarışı buraxacaq.
Adıçəkilən pəhləvanlardan Turan və Əşrəf hazırda hərbi xidmətdədirlərsə, digər güləşçilər bərpa prosesi keçdiyi üçün yarışı buraxmalı olacaq.
Sahib