İsrailin Yerusəlim şəhərində cüdo üzrə ilin yekun turniri olan "World Masters” davam edir.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın daha 3 idmançısı tatami üzərinə çıxacaq.
Onların hamısı kişilərin 81 kiloqram çəki dərəcəsində yer alır. Zelim Tçkayev startda italiyalı Antonio Espositonu, Elcan Hacıyev dominikanlı Medikson Del Orbe Kortorrealı sınağa çəkəcək. Səid Mollayi isə Laklan Murhed (Böyük Britaniya) / Mihail Latisev (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Mollayi mübarizəyə 1/8, digər təmsilçilərimiz 1/16 finaldan başlayacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın altı idmançısından yalnız Balabəy Ağayev (60 kq, bürünc) qazanıb. Üç gün davam edəcək turnirə ölkəmiz 13 cüdoçu ilə qatılıb.