Dünya Güləş Birliyi (UWW) 2023-cü ildə keçiriləcək reytinq turnirlərinin təqvimini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ilk turnir 1-5 fevral tarixlərində Zaqrebdə keçiriləcək.
Bundan sonra güləşçilər Qahirədə (23-26 fevral), Bişkekdə (1-4 iyun) və Budapeştdə (13-16 iyul) çıxış edəcəklər.
Azərbaycan güləşçilərinin turnirlərin hansında çıxış edəcəyi hələlik məlum deyil.
Güləşçilər həmçinin qitə və dünya çempionatlarında öz reytinqlərini yüksəldə biləcəklər.