Bu gün İsrailin Yerusəlim şəhərində təşkil olunan cüdo üzrə “World Masters” turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turnirin üçüncü günündə Azərbaycan yığmasının dörd idmançısı tatami üzərinə çıxacaq.
Məmmədəli Mehdiyev (90 kq) startda israilli Qay Qureviçlə görüşəcək.
100 kq çəki dərəcəsində Zelim Kotsoyev Cenarro Pirelli (İtaliya) - Giorgi Beriaşvili (Gürcüstan) cütünün qalibi ilə, Elmar Qasımov Zlatko Kumriç (Xorvatiya) ilə mübarizə aparacaq.
Nəhayət, Uşanqi Kokauri (+100 kq) Daniel Allerstorfer (Avstriya) - Mark Deşene (Kanada) görüşünün qalibi ilə qüvvəsini sınayacaq.
Kotsoyev və Kokauri mübarizəyə 1/8 finaldan, digər təmsilçilərimiz 1/16 finaldan qoşulacaq.
Qeyd edək ki, iki gündən sonra Azərbaycan komandasının hesabında iki mükafat var. Səid Mollayi (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) isə bürünc medala sahib çıxıb.