Azərbaycan cüdo millisi İsrailin Yerusəlim şəhərində təşkil olunan ilin yekun turnirində - “World Masters”də ümumkomanda hesabında 12-ci olub.
Fanat.Az xəbər verir ki, yarışa 13 nəfərlik heyətlə qatılan komandamızın qazancı bir gümüş, iki bürünc medal olub. "Gümüş"ü Səid Mollayi (81 kq), bürünc mükafatları isə Balabəy Ağayev (60 kq) və Zelim Kotsoyev (100 kq) yığmanın aktivinə yazdırıblar.
Yalnız kişilərin sıralamasında isə ölkəmiz 8-ci olub. Ümumkomanda hesabında birinci yeri 3 qızıl, 2 gümüş, 4 bürünc medalla Yaponiya tutub. Fransa 2 qızıl, 6 gümüş, 2 bürünc mükafatla ikinci, Gürcüstan 2 qızıl, 1 bürünc medalla üçüncü olub.