Argentina millisinin qapıçısı Emiliano Martines DÇ-2022-nin finalında Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Tçuameninin oyunsonrası penaltidən faydalana bilməməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" qolkiperin dediklərini belə çatdırıb:
"İlk penaltini qaytarandan sonra oğlanın (Tçuamenini nəzərdə tutur - red.) həyəcanlanacağını bilirdim. Onu yanıltmağa çalışdım və nəticədə "çərçivə"yə düşə bilmədi. Hə, özünü itirmişdi".
Xatırladaq ki, DÇ-2022-nin finalında Fransa millisi Argentina ilə qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda tərəflər hərəyə 1 dəfə fərqləndiyi üçün oyunsonrası penaltilərə ehtiyac duyulub. Daha dəqiq olan cənubi amerikalılar (4:2) tarixinin 3-cü dünya çempionluğunu bayram edib.
Nihat