Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, “Qalatasaray” bu mərhələdə “Alanyaspor”, “Fənərbağça” “Rizəspor”, “Beşiktaş” “Ankaragücü” ilə üz-üzə gələcək.
1/8 finalın oyunları yanvarın 17-19-da baş tutacaq. Qalibi 1 qarşılaşma müəyyənləşdirəcək. Oyunlarda VAR sistemindən istifadə ediləcək.
Türkiyə Kuboku
1/8 final
Alanyaspor – Qalatasaray
Qaziantep – Konyaspor
Sivasspor – Karacabəy Bələdiyyəspor
Ümraniyəspor – Trabzonspor
Karagümrük – Başakşəhər
Antalyaspor – Kayserispor
Fənərbağça – Rizespor
Ankaragücü – Beşiktaş