Kriştianu Ronaldunun klubdan gedişi ilə hücumçu axtarışında olan "Mançester Yunayted" "Benfika"nın futbolçusunu bəyənib.
Fanat.Az xəbər verir ki, bu barədə "CalcioMercato" məlumat yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar" Portuqaliya klubunun 21 yaşlı forvardı Qonsalu Ramuşa elçi düşüb. İngiltərə təmsilçisi keçidi yanvarda reallaşdırmağı planlaşdırır.
Baş məşqçisi Erik ten Haq Ramuşu mərkəz hücumçusu olaraq düşünür.
Lakin "Benfika" gənc futbolçunu yanvarda satmağı düşünmür. Ancaq 120 milyon avro qarşılığında keçidə razılıq verər.
Röya