Məşhur italiyalı çalışdırıcı Fabio Kapello Fransa yığmasının baş məşqçisi Didye Deşamın DÇ-2022-də Kərim Benzemanın xidmətimdən imtina etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 75 yaşlı mütəxəssis yalnız mundialın startı ərəfəsində zədəsini sağaldan Benzemanı komandaya qaytarmayan Deşama qahmar çıxıb.
"Corriere della Serra" Kapellodan belə sitat gətirib: “Bir məşqçi kimi onun imtinasını çox yaxşı başa düşürəm, çünki 1993-cü ildə "Milan"ın "Marsel"ə uduzduğu Çempionlar Liqasının finalından əvvəl Saviçeviçlə eyni şeyi mən də etmişəm. Yalnız oyundan əvvəl səhər mənə dedilər ki, o, oynaya bilər. Artıq Reduça ilə taktika hazırlamışdım. Məşqçiliyimə və qərarıma olan hörmətə görə heç nəyi dəyişmədim. Komandaya münasibətdə özümü düzgün apardığımı hiss etdim. Ancaq sual aktuallığını qoruyur: "Milan" Saviçeviçlə, Fransa yığması Benzema ilə kubok qazana bilərdilərmi? Bəlkə də bəli”.
Mirağa