Məşhur braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo Avropanı tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.
Xəbərə görə, onun müqavilə ilə məsxus olduğu İngiltərənin "Aston Villa" klubu 30 yaşlı oyunçunun özünə yeni klub tapmasına icazə verib. Mənbə Braziliya təmsilçisi "Korintians"ın istədiyi Filippenin bu qış okeanın o tayına yollana biləcəyini də vurğulayıb.
Xatırladaq ki, Koutinyo "Astan Villa"ya 7 ay öncə "Barselona"dan transfer olunub. Bu mövsüm İngiltərə Premyer Liqasında 12 oyun keçirən "sambaçı" məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat