"Sevilya"dan ayrılan İskonun karyerasını harada davam etdirə biləcəyi açıqlanıb.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, "Real Madrid"in sabiq yarımmüdafiəçisi üçün iki əsas variant var.
Xəbərə görə, o, MLS təmsilçisi "Los-Ancelese Qalaksi" və İngiltərənin "Vulverhempton" klublarının maraq dairəsindədir. Hər iki klubun futbolçunun agenti ilə danışıqlara başladığı vurğulanıb.
Xatırladaq ki, İsko bu ilin yayında "Sevilya"ya keçmişdi. Əndəlüs təmsilçisində 19 rəsmi matça çıxan 30 yaçlı futbolçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat