Portuqaliya millisinin və "Olimpik Marsel"in sabiq müdafiəçisi Rolandu Kriştianu Ronalduya Marsel təmsilçisinə keçməyi məsləhət görüb.
Fanat.Az xəbər verir ki, "Footmercato" onun dediklərini belə çatdırıb:
"Əminəm ki, Ronaldu "Olimpik Marsel"ə keçməlidir. O, yenə də Ronaldudur. Bu yaşında belə, Fransa komandasında azı 10 qol vurar. Əlbəttə, Marsel futbolla nəfəs alan şəhərdir. Orada komandanın uğurları üçün çalışan istənilən futbolçu sevilir".
Nihat