Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Mixail Mudrik üçün London "Arsenal"ından aldığı təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Xəbərə görə, "topçular" 65 milyon avro qarşılığında istedadlı gənci transfer etmək istəsələr də, "Şaxtyor" rəhbərliyi onu 100 milyon avroya satmaqda qərarlı olduğunu bəyan edib. Mənbə danışıqların davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, ölkəsinin yığmasında 8 oyun keçirməyə imkan tapan Mudrik 2017-ci ildən Donetsk klubunun formasını geyinir. Bu mövsüm Ukrayna çempionatında 18 matça çıxan Mixail 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat