22:41 29.12.2022 397

Velosiped Federasiyasında ilin yekunlarına həsr olunmuş tədbir keçirildi

Bu gün Azərbaycan Velosiped Federasiyasında (AVF) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Fanat.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, AVF-nin baş katibi Elnarə Musayeva, İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov, Nadim Babayev və Elşən Həsənov, idman direktoru Viktor Osadçiy, milli yığma komandanın məşqçi və idmançı heyəti, həmçinin federasiyanın digər əməkdaşları iştirak ediblər.

Mədət Quliyev çıxış edərək federasiyanın kollektivini, bütün idmançı və məşqçiləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

AVF prezidenti 2022-ci il ərzində aparılan uğurlu işlərə, əldə olunan nəticələrə görə Federasiyanın kollektivini, idmançı və məşqçi heyətini təbrik edib, onlara və bütün Azərbaycan idmançılarına 2023-cü ildə yeni-yeni uğurlar arzulayıb.

Daha sonra AVF-nin İcraiyyə Komitəsinin qərarı ilə 2022-ci il ərzində fərqlənən idmançı və məşqçilər təltif olunublar. Öncə Azərbaycan milli komandasının üzvləri mükafatlandırılıblar.

İlin ən yaxşı idmançıları Ayan Xankişiyeva və Musa Mikayılzadə, ilin ən nizam-intizamlı idmançıları Ömər Musayev və Radha Şabanova, ilin ən əzmkar velosipedçiləri isə Tural İsrafilov və Viktoriya Sidorenko seçiliblər. İdmançılara qiymətli hədiyyələr təqdim olunub. 

Yarışların keçirilməsinin təşkilində səmərəli fəaliyyətinə görə məşqçi Elçin Qəhrəmanov, ilin ən məsuliyyətli məşqçisi adına layiq görüldüyünə görə Sabir Həsənov, Federasiyasının daxili nizam-intizam qaydalarına ciddi surətdə əməl etdiyinə görə məşqçi Qurban Tağıyev fəxri fərmanla, Müdafiə Sənayesi Nazirliyi ilə səmərəli və işgüzar fəaliyyət qurduqlarına görə AVF-nin üzvü Elvin Heydərov və idman jurnalisti Pərviz Musayev “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.

Azərbaycanın Elit/U23 yığma komandasının üzvləri Ayan Xankişiyeva və Musa Mikayılzadəyə Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında uğurlu nəticələr əldə etdiklərinə görə Təşkilat Komitəsi tərəfindən göndərilən plaketlər, Avropa Yeniyetmələrinin 16-cı Yay Olimpiya Festivalında iştirak etmiş milli komandamızın üzvlərinə isə yarışların iştirakçı sertifikatları təqdim olunub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X