"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola müddəti 2025-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atmasına rəğmən, "şəhərlilər"dən vaxtından əvvəl ayrıla biləcəyini deyib.
Fanat.Az xəbər verir ki, "Goal" onun söylədiklərini belə çatdırıb:
"Nəyinsə istədiyim kimi getmədiyini anlasam, istefa verəcəyəm. Müqavilə sadəcə, kağız parçasıdır. Mən Aleks Ferqyüson və ya Arsen Venger kimi çox uzun müddətə qalmayacağam. Ona görə anlaşma yenilədim ki, komanda hələ rəhbərliyim altında uğur qazana bilir. Hər şey nəticələrdən asılı olacaq. Bir-birimizdən bezsək, müqaviləmin müddətinin başa çatmasını gözləməyəcəyəm".
Xatırladaq ki, 2016-cı ildən "Mançester Siti"ni çalışdıran Quardiola 11 titul qazanıb.
Nihat