FIFA prezidenti Canni İnfantino əfsanəvi Pelenin dəfn mərasimindəki davranışı ilə qınağa tuş gəlib.
Fanat.Az xəbər verir ki, "Santos" stadionuna mərhumla vidalaşmağa gələn minlərlə insan arasında olan ali futbol qurumunun rəhbəri tabutun önündə selfi çəkib.
Venu se «recueillir» au pied du cercueil du plus grand footballeur de tous les temps au stade de Santos, au Brésil, le président de la #FIFA Gianni #Infantino dégaine son portable et photographie cet instant devant le pauvre #Pelé gisant. Quelle indignité, quelle honte. #àvomir pic.twitter.com/C5nqbhLVln
— Arnaud Bédat (@ArnaudBedat) January 2, 2023
İtaliya əsilli isveçrəli futbol funksionerinin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Dəfn mərasimində cibindən mobil telefonunu çıxarmaqdan çəkinməyən İnfantinonun gülümsəyərək selfi çəkməsi Pelenin yaxınlarına hörmətsizlik kimi dəyərləndirilib.
Mirağa