PSJ-nin müdafiəçisi Markinyos Paris klubu ilə yeni müqavilə imzalayacağına inanır.
Fanat.Az xəbər verir ki, bu barədə "Le Parisien"ə braziliyalı futbolçu özü danışıb:
“Biz yaxşı irəliləyiş əldə etmişik. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək”.
Parislilərlə müqaviləsi 2024-cü ilin iyun ayına qədər olan 28 yaşlı braziliyalının PSJ ilə yeni anlaşmasının 2026 və ya 2027-ci ilə qədər olacağı bildirilir.
Mirağa