"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının (İPL) 19-cu turunda - "Kristal Pelas"la matçda (4:0) iki qol vurub.
Fanat.Az xəbər verir ki, 29 yaşlı forvard ölkə çempionatında çıxdığı 300-cü oyunda 198 qol həddinə çataraq Alan Şirerin rekordunu yeniləyib.
Şirer 300 İPL qarşılaşmasında 196 qol vurmağa imkan tapmışdı.
Keyn həmçinin "Tottenhem" forması ilə bütün turnirlərdə 264-cü dəfə rəqib qapısına yol tapıb. İndi o, hotspurluların əfsanəvi hücumçusu Cimmi Qrivzi geridə qoymaq üçün daha 3 qol vurmalıdır.
Nihat