Məşhur braziliyalı futbol veteranı Juninyo Pernambukano Kriştianu Ronaldunun "Əl-Nəsr"ə qoşulmasına münasibət bldirib.
Fanat.Az "Globo Esporte"yə istinadən xəbər verir ki, "pentakampionlar"ın sabiq yarımmüdafiəçisi Ronaldunu rənglərinə bağlayan Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Rudi Qarsiyanı tənqid edib:
"Rudinin Ronalduya qarşı nəsə etməyə cəsarəti çatmaz. Əksinə, lazım olsa, Kriştianuya səhər yeməyi də gətirəcək. O, Ronaldunun ən yaxın dostu olmaq üçün bacardığını əsirgəməyəcək. Bəli, Qarsiya belə insandır.
Onunla işləmiş biri kimi deyim ki, Rudinin çox pis xasiyyəti var. Ancaq öz xeyrini güdən insandır. Komandanın necə oynamasını, futbolçuların əhval-ruhiyyəsini vecinə də almır. Əsas odur ki, özü diqqət mərkəzində olsun. Rudi bilir ki, Ronaldu yer üzünə gəlmiş ən dahi futbolçulardan biridir və onunla dostlaşmaq yaxşı perspektiv vəd edir".
Nihat