"Leççe"nin müdafiəçisi Samuel Yumtiti İtaliya A Seriyasının 16-cı turu çərçivəsində keçirilən matçda - "Latsio" ilə oyunda (2:1) irqçiliyə məruz qalıb.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, "Via Del Mare" stadionunda keçirilən qarşılaşma ərzində qonaq fanatların əsas hədəfinə çevrilən futbolçu hakimin final fitindən sonra göz yaşlarını saxlaya bilməyib.
Vəziyyətə müdaxilə edən "Leççe" azarkeşləri Yumtitinin soyadını birağızdan səsləndirərək "Latsio"nun irqçi tərəfdarlarının səsini ucaltmasına imkan verməyiblər.
Nihat