İngiltərənin "Çelsi" klubu yeni müdafiəçinin transferini tamamlamaq üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb.
Mənbə "zadəganlar"ın "Monako"nun 21 yaşlı müdafiəçisi Benua Badyaşilin keçidini razılaşdırdığını və tərəflərin artıq bütün lazımi sənədləri imzaladığını vurğulayıb. Xəbərə görə, London təmsilçisi yaxın vaxtlarda Badyaşili heyətə qatdığını rəsmən açıqlayacaq.
Qeyd edək ki, bu mövsüm Liqa 1-də 11 matça çıxan Badyaşil 2 qol vurub.
Nihat