"Barselona"nın hücumçusu Usman Dembele PSJ-yə keçəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
"Özümü burada xoşbəxt sayıram və karyeramı "Barselona"da davam etdirməkdə qərarlıyam. Klubda hər şeydən razıyam. Harasa getmək niyyətindən uzağam. Həm rəhbərlik mənə inanır, həm də baş məşqçi".
Nihat