Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" Avropada "Top 10"-a düşüb.
Fanat.Az xəbər verir ki, Xorvatiya çempionu buna son 10 ildə transferlərdən əldə etdiyi gəlirlər hesabına nail olub.
Mislav Orşiçi 8 milyon avroya İngiltərə Premyer Liqa klubu "Sauthempton"a satan "Dinamo" bu mövsüm transferlərdən qazancını 20,2 milyon avroya yüksəldib.
Beləliklə, zaqreblilər ən yaxşı 10 klubunun siyahısına daxil olub. Mislav Orşiçin satılması ilə "Dinamo" on il ərzində 195 milyon avro gəlir əldə edib.
Reytinqə 2012/2013 mövsümündən bəri "Benfika" başçılıq edir. Portuqaliya klubu 10 il ərzində inanılmaz məbləğ - 647 milyon avro əldə edib. Entso Fernandesin "Çelsi"yə mümkün transferi reallaşarsa, bu məbləğ təxminən 750 milyon avroya yüksələcək. O, "Benfika"ya yalnız keçən yay "Rivero"dan cəmi 14 milyon avroya gəlib və Portuqaliya nəhəngi yarım il ərzində ondan 100 milyon avro qazanmağı hədəfləyir.
Mirağa