"Atletiko Madrid"in və Portuqaliya millisinin hücumçusu Joau Feliks karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Relovo" yayıb.
Xəbərə görə, Feliksi "Maçester Yunayted" cari mövsümün sonuna qədər icarəyə götürmək istəyir və artıq qarşı tərəfə 4 milyon avro təklif edib. Mənbə Madrid təmsilçisinin digər İngiltərə nəhənginin - London "Arsenal"ının da maraqlandığı oyunçunu 4 yox, 12-13 milyon avroya icarəyə verməyi planlaşdırdığını diqqətə çatdırıb. Tərəflərin danışıqları davam etdirdiyi vurğulanıb.
Nihat