"Mançester Yunayted"in və Serbiya millisinin sabiq mərkəz müdafiəçisi Nemanya Vidiç "Liverpul"un və Niderland yığmasının futbolçusu Vircil van Deykdən danışıb.
Fanat.Az xəbər verir ki, "The Athletic" Vidiçin dediklərini belə çatdırıb:
"Van Deyk dünyanın ən yaxşı mərkəz müdafiəçisi deyilsə belə, ən yaxşılardan biridir. O, fiziki cəhətdən güclüdür və "ikinci mərtəbə"də çox inamlı təsir bağışlayır. Vircili hələ "Seltik"də oynadığı dönəmdə (2013-2015-ci illər aralığında Şotlandiya təmsilçisində top qovub - red.) izləmişdim. O vaxtdan bəri çox "artırıb". Vircilə yaxşı komanada çıxış etməsinin də faydası dəyib. Yeganə çatışmazlığı budur ki, lazım olan klubda oynamır!"
Qeyd edək ki, bu mövsüm "Liverpul" forması ilə 24 matça çıxan 31 yaşlı van Deyk 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat