Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə 2,5 illik müqavilə bağlayan Kriştianu Ronaldu Ər-Riyaddakı 99 mərtəbəli göydələndə - "Kingdom Tower"də yaşayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Xəbərə görə, Ronaldu paytaxt təmsilçisi ilə müqavilə bağlayandan sonra elit oteldə 17 otaq kirayələyib. Bu məkanda kirayələdiyi otaqlar üçün ayda 280 min avro ödəyəcək ulduzun Çin, Yaponiya, Hindistan mətbəxindən faydalana biləcəyi vurğulanıb.
Nihat