“Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyro sosial şəbəkə hesabında paylaşım edib.
Fanat.Az xəbər verir ki, o, qardaşının Səudiyyə Ərəbistanı klubundakı təqdimat mərasimi ilə bağlı belə yazıb:
“Nə gözəl! Kralla lazım olduğu kimi rəftar edilir!”
Xatırladaq ki, Ronaldu “Əl Nəsr”ə azad agent qismində keçib. Onun müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.