İngiltərə Kubokunun 3-cü mərhələsində "Çelsi"ni qəbul edən "Mançester Siti" 4:0 hesablı qələbəyə sevinib.
Fanat.Az xəbər verir ki, Mançesterdə darmadağına üzülən "zadəganlar" ardıcıl 5-ci oyunda "şəhərlilər"ə qol vura bilməyib.
"Çelsi"nin uğursuz seriyası 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasının 6-cı turundan başlayıb. Sentyabrın 25-də "göylər" bu rəqibinə 0:1 hesabı ilə yenilib. Ötən mövsümün ikinci dövrəsində "Çelsi" yenə minimal fərqlə uduzub.
Cari "futbol ili"ndə isə tərəflər bugünkü görüşədək artıq 2 dəfə qarşılaşıblar. İngiltərə Liqa Kubokunda Mançester komandası londonluları mübarizədən kənarlaşdırdırıb - 2:0. İPL-in 19-cu turundakı matçda isə Xosep Quardiolanın yetirmələri 3 xalı tək qolla qazanıb.
Nihat