PSJ-nin sahibi olan Qatar Sports Investments (QSI) İngiltərə Premyer Liqa klubuna sərmayə qoymaq istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Ben Yakob yayıb.
Mənbənin məlumatına görə, PSJ sahibləri "Tottenhem"i almaq imkanını müzakirə edirlər. Şirkət nümayəndələri İngiltərə Premyer Liqasının klubu ilə fəal danışıqlar aparırlar.
QSI-nin baş direktoru, eyni zamanda PSJ-nin prezidenti vəzifəsini də icra edən Nasir Əl-Xelaifi bu həftə Hotspur təmsilisinin sahibi Daniel Levi ilə əlaqə saxlayıb.
QSI hazırda mümkün variantları qiymətləndirir.
Mirağa