"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Çelsi"nin baş məşqçisi Qrem Potter haqda danışıb.
Fanat.Az xəbər verir ki, ingilis jurnalist Nizar Kinsella ispan mütəxəssisin fikirlərini sosial şəbəkə hesabında belə təqdim edib:
"Klubun sahibi Todd Bouliyə sözüm var: "Ona vaxt verin". Bütün məşqçilərin vaxta ehtiyacı var. Mənə "Barselona"da iki mövsüm lazım deyildi, çünki sərəncamımda Messi var idi".
“Mançester Siti” dünən İngiltərə Kubokunda “Çelsi”ni 4:0 hesabı ilə məğlub edib. Bu, "şəhərlilər"in bir həftə ərzində londonlular üzərində ikinci qələbəsidir. Quardiolanın komandası üç gün əvvəl Premyer Liqada "zadəganlar"ı 1:0 hesabı ilə məğlub etmişdi.
Xatırladaq ki, "Çelsi" mövsümə alman mütəxəssis Tomas Tuxellə başlayıb. Sentyabrda Zaqreb "Dinamo" suna 0:1 hesabı ilə uduzduqdan sonra London komandasının yeni sahibi Todd Bouli onu Qrem Potterlə əvəzləyib.
"Çelsi" son 9 matçda yalnız 1 qələbə qazanıb və 17 turdan sonra 10-cu pillədə qərarlaşıb.
Mirağa