Fransanın PSJ klubu ənənəvi qaydada Qətər və Səudiyyə Ərəbistanında keçiriləcək qış təlim-məşq toplanışının qrafikini təqdim edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, parislilər yanvarın 17-də Dohaya uçacaqlar.
DÇ-2022-yə ev sahibliyi edən stadionlardan birində çalışacaq kollektiv ardından Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yollanacaq. PSJ yanvarın 19-da Kriştianu Ronaldunun komandası "Əl-Nəsr" və "Əl-Hilal"ın ən yaxşı oyunçularından qurulmuş heyətlə sınaq matçına çıxacaq. Matçın ardından Fransa təmsilçisi ölkəsinə qayıdacaq.
Nihat