Fransa millisinin kapitanı Huqo Lyoris yığma komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qapıçının millidə komanda yoldaşı olan Olivye Jiru Lyorisin qərarına münasibət bildirib.
"Səninlə birliktə Fransa yığmasında oynamaq qürur və fəxrdir. Biz birlikdə sehrli anlar yaşamışıq", - deyə Jiru sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Lyoris Fransa seçməsinin heyətində 145 oyuna çıxıb. O, Qətərdəki mundialda Lilian Türamı (142) geridə qoyaraq millidə ən çox oyun keçirən futbolçuya çevrilib.
Xatırladaq ki, Huqo Fransa yığmasıyla DÇ-2018-in və UEFA Millətlər Liqasının 2020/21 mövsümünün qalibi olub. DÇ-2022-də isə onun komandası gümüş medalla kifayətlənib.
Röya