Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin daha bir komanda yoldaşı "Dinamo Zaqreb"i tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, Yosip Şutalo paytaxt klubundan ayrılmağa hazırlaşır.
Bu barədə məlumatı italyan jurnalist Lorentso Lepore yayıb. O, “Dinamo”nun ən dəyərli futbolçusunun “Monako”nun maraq dairəsi olduğunu iddia edib.
Knyazlıq klubu müdafiəçi Benoit Badiaşileni "Çelsi"yə satıb və onun yerinə əvəzləyici axtarır. Onlar Şutalonu ideal əvəzedici kimi görürlər və tezliklə danışıqlar baş tuta bilər. İtaliyalı idman jurnalisti "Dinamo"nun 22 yaşlı müdafiəçisi üçün 20-22 milyon avro ala biləcəyini iddia edir.
Şutalonun "Dinamo" ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, "Dinamo" iki gün əvvəl hücumçusu Mislav Orşiçi İngiltərə Premyer Liqa klubu "Sauthempton"a satıb.
Mirağa