Fransa millisinin forvardı Olivye Jiru yığma ilə vidalaşdığını açıqlayan komanda yoldaşı Uqo Lyorisə müraciət edib.
Fanat.Az xəbər verir ki, təcrübəli hücumçu sosial şəbəkə hesablarında belə yazıb:
"Səninlə millidəki sehrli anları bölüşmək mənim üçün şərəf idi. Sənə hörmətim var, böyük kapitan".
Qeyd edək ki, 36 yaşlı Lyoris Fransa seçməsində 145 matç keçirib. Qolkiper 121 qarşılaşmada "xoruzlar"ı meydana kapitan sarğısı ilə çıxarıb. Lyoris DÇ-2018-in və Millətlər Liqasının (2021) qalibidir.
Nihat