Kriştianu Ronaldunu heyətinə qatan "Əl-Nəsr" daha bir dünya ulduzunu rənglərinə bağlamaqda israrlıdır.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Barselona"nın kapitanı Serxio Busketsi də sıralarına cəlb etmək niyyətindədir.
Xəbərə görə, paytaxt klubunun bossları sözügedən dayaq yarımmüdafiəçisinə illik 13 milyon avro maaş ödəməyi planlaşdırırlar. Bu ilin yayında "Barselona" ilə müqaviləsinin müddəti başa çatacaq Serxionun belə təklifə "yox" deməyəcəyi vurğulanıb.
Qeyd edək ki, böyük hədəflərə köklənən "Əl-Nəsr" idarəçilərinin PSJ-dən Serxio Ramos, "Real Madrid"dən Eden Hazar, "Çelsi"dən Nqolo Kante, Dortmund "Borussiya"sından Marko Roysla maraqlandığı barədə də informasiyalar dolaşır.
Nihat