"Mançester Siti"nin baş məşqşisi Xosep Quardiola uelsli ulduz Qaret Beylin peşəkar futbolçu karyerasını bitirmək qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Manchester Evening News" ispaniyalı çalışdırıcının dediklərini belə çatdırıb:
"Fantastik karyeradır, Qaret çox şey qazanıb. Düşünürəm ki, o, Uels millisində 100 oyundan çox oynayıb. İndi o, əla qolfçu ola bilər. Mən Beyli qolf oynamağa dəvət edəndə vaxtı yox idi. Ola bilsin ki, ona yenidən dəvət göndərdim".
Xatırladaq ki, Qaret karyerasını 33 yaşında bitirib. Cinah hücumçusunun son klubu MLS təmsilçisi "Los-Anceles" olub. Beyl "Real Madrid"lə 5 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Nihat