İngiltərəli məşqçi Stiv Bryus karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
62 yaşlı mütəxəssisin son iş yeri "Vest Bromviç" olub. O, ötən il bu klubdan ayrılandan bəri işsiz idi.
Bryus məşqçilik karyerası dönəmində ancaq İngiltərədə çalışıb. O, müxtəlif vaxtlarda "Nyukasl", “Aston Villa”, “Kristal Pelas", "Sanderlend", "Hall Siti", "Uiqan", "Birmingem Siti” və “Şeffild Uensdey”, “Şeffild Yunayted”, “Haddersfild” kimi klublarda baş məşqçi olub.