Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder "Mançester Yunayted"in icarə əsasında "Beşiktaş"ın formasını geyinən Vaut Veqorstu heyətinə qatmaq istəməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Veronica Offside" həmyerlisini MY-yə layiq saymadığını dilə gətirən Sneyderin dediklərini belə çatdırıb:
"O, bir hücumçu kimi "Mançester Yunayted"ə layiqdirmi? Düşünmürəm. Premyer Liqada 300 belə futbolçu var. Məncə, bu, daha çox fokusa bənzəyir. MY-nin Veqorstu istəməsi həqiqət ola bilməz".
Qeyd edək ki, Veqorst müqavilə ilə İngiltərənin "Börnli" klubuna məxsusdur. O, Niderland millisinin heyətində qatıldığı son DÇ-də 4 oyuna çıxaraq 2 qol vurub.
Nihat