“Roma”nın hücumçusu Eldor Şomurodov yaxın günlərdə klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Metaratings" yayıb.
Mənbənin iddiasına görə, "Torino" klubu özbəkistanlı futbolçunu qışda "Roma"dan icarəyə götürmək istəyir.
Şomurodov İtaliya A Seriyasında üçüncü mövsümünü keçirir – əvvəlcə “Cenoa”da, 2021-ci ildən isə “Roma”da çıxış edir. O, bu mövsüm "Roma"nın heyətində cəmi altı oyununda meydana çıxıb.
Mirağa