Bir müddət öncə Kriştianu Ronaldunu heyətinə cəlb edən "Əl-Nəsr" klubu daha bir ulduz futbolçunu transfer etmək fikrindədir.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Xəbərə görə, Səudiyyə Ərəbistanı təmsilçisi bu ilin yayında "Barselona" ilə müqaviləsi başa çatacaq Serxio Busketsə elçi düşüb. "Əl-Nəsr" rəhbərliyi ispaniyalı yarımmüdafiəçiyə ilinə 13 milyon avro ödəməyə hazırdır.
Asiya zonası üzrə Çempionlar Liqasının qalibi olmağı hədəfə alan ərəblər Ronaldu ilə yanaşı bir sıra Avropadan olan ulduzu komandaya cəlb etmək niyyətindədirlər.
Buskets variantının alınmayacağı təqdirdə "Əl-Nəsr" "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kanteni almağa cəhd edəcək. 32 yaşlı fransalı futbolçu da azad agent olacaq.
Röya