"Yuventus" A Seriyasında ardıcıl səkkiz qələbə ilə ikinci pilləyə yüksəlsə də, İtaliya futbolunun əfsanələrindən olan Antonio Kassano komandanı bəyənmir.
Fanat.Az xəbər verir ki, 40 yaşlı futbol mütəxəssisi özünün sosial şəbəkə hesabında turinliləri və baş məşqçi Massimiliano Alleqrini sərt tənqid edib:
"Alleqri addım-addım irəlilədiklərini və minimum hədəfin dördüncü yeri qazanmaq olduğunu deyir. Bu, yalandır və mən ona nifrət edirəm. O, çox yaxşı bilir ki, "Yuventus" və "İnter" liqada ən güclü heyətə malikdir. Onlar çempionluq üçün mübarizə aparmalıdırlar. Fərqli fikirlərə qarşı deyiləm, amma məni aldadırlarsa, nifrət etdiyimi deyəcəm. Onun yalanlarından iyrənirəm.
"Yuventus" azarkeşləri axmaq deyillər. Bəhanələr kiçik klublar üçün nağıldır. Jurnalistlər, keçmiş oyunçular və dostlar "Yuventus"un qayıtdığını deyirlər. Hara qayıdıb, zibilliyə? Onlar “Latsio” ilə oyunda inamsız idilər".
Mirağa