PSJ bu gün Liqa 1 çərçivəsində "Anje"yə qarşı keçirəcəyi oyunda DÇ-2022-nin qalibi olan ulduzu Lionel Messi üçün şərəf dəhlizi açmayacaq.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, klub rəhbərliyi ötən həftə, Messi mundialdan sonra parislilərlə ilk məşqinə çıxarkən komanda yoldaşları və texniki heyət tərəfindən açılan şərəf dəhlizini kifayət sayır.
Xəbərə görə, paytaxt təmsilçisinin bossları həm də Argentina finalda Fransa seçməsini yendiyi üçün xüsusi qarşılamanın tribunalarda çaxnaşma yarada biləcəyindən ehtiyatlanır.
Nihat