Qətərdə keçirilən son dünya çempionatının qalibi olan Argentina millisinin baş məşqçisi Lionel Skalloni yığmanın 35 yaşlı lideri Lionel Messinin DÇ-2026-da oynamaq perspektivindən danışıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis "Deporte Radio Calvia"ya açıqlamasında belə deyib:
"Fikrimcə, əsas məqam Messinin həmin vaxt nə düşünəcəyidir. Özünü yaxşı hiss etsə, onu komandada görməyə həmişə şad olarıq. Yığmanın qapıları Leonun üzünə hər zaman açıqdır. O, meydanda sərgilədiyi futboldan zövq alırsa, bu, komandanın da işinə yarayır".
Xatırladaq ki, Messi DÇ-2022-nin ən yaxşı futbolçusu seçilib.
Nihat