“Real Madrid”in hücumçusu Kərim Benzema PSJ-nin superulduzu Lionel Messinin rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, Əlcəzair əsilli fransalı bu nəticəni İspaniya Superkubokunun yarımfinalında “Valensiya” ilə oyunda (1:0) qol vuraraq reallaşdırıb.
Komandasının yeganə qoluna imza atan Benzema Superkubokda ardıcıl 5-ci matçda fərqlənməyi bacarıb. Bunadək Messi 2010-2012-ci illər aralığında “Barselona”nın heyətində ardıcıl 5 Superkubok görüşündə qol vurmuşdu. Argentinalı həmin oyunlarda ümumilikdə 8 qol vurubsa, Benzemada bu göstərici 5-ə bərabərdir.
Nihat