"Real Madrid" Lukas Vaskesdən gələn xəbərə üzülüb.
Fanat.Az-ın məlumatına görə, 31 yaşlı müdafiəçisi zədə səbəbilə yaşıl meydandan uzaq qalacaq.
"Marca" xəbər verir ki, Lukas 1.5 ay müddətinə oynaya bilməyəcək. Həkimlər ona sağ oynağının topuğunda burxulma diaqnozu qoyublar.
Qeyd edək ki, Vaskes 11 yanvarda "Valensiya"ya qarşı keçirilən (1:1) İspaniya Superkubokunun yarımfinal oyununda zədələnib.
Röya